Türkiyədə həbsxananın damı çökdü: 81 yaralı

Türkiyənin Amasya vilayətinin Gümüşhacıköy qəsəbəsindəki həbsxananın damı uçub. APA TV-nin məlumatına görə, hadisə nəticəsində 81 məhkum yaralanıb.

 

Təxminən 750 məhkumun cəza çəkdiyi həbsxananın damının uçmasına güclü küləyin səbəb olduğu bildirilir. Onlarla məhkum çökən damın altında qalıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası cəlb edilib. Yaralılar ətrafdakı xəstəxanalara daşınıb.

 

Amasya vilayətinin valisi Xəlil Çomaqtək keçirdiyi mətbuat konfransında bildirib ki, hadisə baş verən zaman həbsxanada məhkumların sayı yoxlanılırmış.

 

Vali bildirib ki, həbsxanada cəza çəkən məhkumların başqa müəssisələrə köçürülməsi ilə bağlı məsləhətləşmələr aparılır.

 

Bədbəxt hadisədən xəbər tutan məhkum yaxınları həbsxananın qarşısına toplaşıblar. Onlar məhkum yaxınlarından xəbər gözləyirlər.

Müəllif | Apa.Tv