Yaponiyada daha bir güclü zəlzələ: ölənlər və yaralananlar var

Yaponiyada güclü zəlzələlər ikinci gündür davam edir. APA TV-nin məlumatına görə, cümə günü Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib. Bir qədər sonra sunami xəbərdarlığı ləğv olunub.

 

Zəlzələ nəticəsində 9 nəfər ölüb, 760-dan çox adam xəstəxanalıq olub.

 

7,1 ballıq zəlzələ 9 nəfərin ölümünə səbəb olan əvvəlki yeraltı təkanlardan cəmi 24 saat sonra baş verib. İlk zəlzələdən sonra yerli sakinlər gecəni küçədə keçiriblər. Çünki ilk zəlzələnin afterşokları bir neçə dəqiqədən bir hiss olunub. Afterşokların sayının 130-dan çox olduğu bildirilir.

 

Son zəlzələnin episentri Kumamoto şəhəri yaxınlığında, 10 kilometr dərinlikdə qeydə alınıb.

 

Xatırladaq ki, aprelin 14-də baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində 9 nəfər ölmüş, 1000-ə yaxın adam xəsarət almışdı. Yaralılardan 53-nün vəziyyəti ağırdır. 

Müəllif | Apa.Tv
Apa.tv