Ermənilərin tapdığı meyitin Azərbaycan hərbçisi olduğu təsdiqləndi - RƏSMİ

Aprelin 16-na keçən gecə qoşunların təmas xəttində tapılan meyitin Azərbaycan hərbçisi olduğu təsdiqlənib.

 

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumatda qeyd olunur ki, erməni tərəfinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb: “Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır”.

Müəllif | Apa.Tv
Apa.tv