Bakıda çay evində 40 yaşlı qadını döydülər

 

Bakıdakı çay evlərindən birində qadına qarşı xuliqanlıq edilib. AP TV-nin  məlumatına görə, Xəzər rayon sakini, 1976-cı il təvəllüdlü qadın  polisə müraciət edərək bildirib ki, Sarayevo küçəsində işlədiyi "Red House" çay evində iş yoldaşı tərəfindən döyülüb. Şikayətçi əlavə edib ki, 1958-ci il təvəllüdlü Asif Alxasov onu döyməklə yanaşı həm də söyərək təhqir edib.

 

Qadının şikayətçi olduğu şəxs polis tərəfindən saxlanılaraq dindirilib, araşdırmalar davam etdirilir.

 

 

 

Müəllif | Apa.Tv