Baş Prokurorluğun əməkdaşı həbs olundu!

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşı həbs edilib. Tutulan prokurorluq işçisi bir neçə gün əvvəl baş prokuror Zakir Qaralovun əmri ilə işdən qovulan Vüsal Müslümovdur. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsin vəkili APA-ya Vüsal Müslümovun həbs edilməsi faktını təsdiqləyərək, onun həbsindən apellyasiya şikayəti verdiklərini bildirib.


Bir neçə gün əvvəl V. Müslümov və daha iki prokurorluq işçisi işdən qovulub. Bu barədə baş prokuror Zakir Qaralov əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşı Müslümov, Bakı şəhər Prokurorluğunun əməkdaşları Valeh Vəliyev və Çingiz Hacıyev işdə yol verdikləri kobud qanun pozuntularına görə prokurorluq orqanlarından xaric ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv