Doha görüşü nəticəsiz qaldı

OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin dondurulması ilə bağlı razılığa gəlməyiblər.

 

APA TV-nin məlumatına görə, Dohada Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Venesuela arasında görüş baş tutub. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürüb və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırıb.

 

Görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib.

 

Qeyd edək ki, Azərbaycanı görüşdə energetika naziri Natiq Əliyev təmsil edib.

 

Eyni formatda növbəti görüş cari ilin iyununda keçiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv