Bərdədə sərxoş sürücü ailəsini qəzaya saldı: ölən və yaralananlar var

Bərdədə bir nəfərin ölümü üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Bərdə magistral yolunun Bərdəni Şorəlli kəndində keçən hissəsində qeydə alınıb.

 

Tərtər rayon sakini, 1975-ci il təvəllüdlü Qəhrəman Bəhmən oğlu Qurbanov "NAZ Lifan" avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Daha sonra o, maşını yol kənarındakı dəmir qoruyucuya  çırpılıb. Nəticədə Qurbanovlar ailəsindən bir nəfər  - 1933-cü il təvəllüdlü Humay Salman qızı Qurbanova həyatını itirib. Ailənin sürücü ilə bərabər üç üzvü - 1977-ci il təvəllüdlü Həmayyə Gəncəli qızı Qurbanova, 2015-ci il təvəllüdlü Münəvvər Qəhrəman qızı Qurbanova ağır bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Qəzaya səbəb kimi sərxoş sürücünün sürət həddini aşması göstərilir. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv