Azərbaycan Ordusunun cavab atəşi nəticəsində iki erməni hərbçisi yaralanıb

Aprelin 17-dən 18-ə keçən gecə Ermənistan silahlı bölmələri atəşkəsi pozduqdan sonra Azərbaycan Ordusunun təmas xəttində düşmənə açdığı cavab atəşi nəticəsində iki erməni hərbçisi yaralanıb.

 

APA TV-nin erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Ermənistan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü hərbçisi Erik Matevosyan və 1996-cı il təvəllüdlü Azat Barsamyan güllə yarası alıb.

 

Yaralılar hospitala yerləşdiriliblər.

Müəllif | Apa.Tv
Apa.tv