Ekvadorda güclü zəlzələ: 233 ölü, 1500 yaralı
Ekvador sahillərində ötən şənbə günü baş verən güclü yeraltı təkanlar nəticəsində ölənlərin sayı artıq 250 nəfərə çatıb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu barədə ölkə prezidenti Rafael Korrea məlumat verib. Prezident həmçinin 1500 nəfərin də yaralandığını bildirib.
Qeyd edək ki, sözügedən zəlzələ 1979-cu ildən sonra ölkədə qeydə alınan ən şiddətli yeraltı təkanlar kimi tarixə düşüb. Belə ki, episentri Manabi əyalətində olan zəlzələnin maqnitudası 7,8 bal gücündə hiss edilib.
Zəlzələ zamanı ən çox dağıntılara sahilyanı Quayakil, Portvyeho və Manta şəhərlərinin məruz qaldığı açıqlanıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Rəsmilər afterşokların hələ bir neçə gün davam edəcəyini açıqlayıb.