Miqrantları daşıyan gəmi batdı: 400 ölü
Aralıq dənizində qeyri-leqal yolla Avropaya getmək istəyən miqrantların batması ilə nəticələnən irimiqyaslı gəmi qəzası baş verib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, göyərtəsində miqrantlar olan gəmi batıb.
Hadisə nəticəsində 400 nəfərin öldüyü bildirilir. İtaliyaya üz tutan gəmi Misir sahillərində qəzaya uğrayıb.
Məlumata əsasən, ölənlərin əksəriyyəti Somali vətəndaşlarıdır. Hadisənin təfərrüatları müəyyənləşdirilir.