Fransa-Tehran aviareysi bərpa edildi - 8 İLDƏN SONRA

Fransa "Air France" aviaşirkəti 2008-ci ildən bu yana tətbiq edilən embarqo səbəbi ilə ləğv edilən Paris-Tehran aviamarşrutu üzrə uçuşları bərpa edib.

 

APA TV-nin "Euronews" a istinadən xəbərinə görə, səkkiz ildən sonra gerçəkləşdirilən ilk uçuşda Fransanın nəqliyyat naziri Alain Vidalies və böyük şirkətlərin nümayəndələri də iştirak edib.

 

Uçuşdan əvvəl "Air France" rəhbərliyi stüardessaların uzun qollu köynək geyinərək başlarını bağlamasını tələb edib. Bu səbəbdən bəzi stüardessalar uçuşdan imtina edib. Təyyarə  sərnişinlərinə  də ictimai yerlərdə taxmaq  üçün baş örtüyü verilib.

 

Qeyd edək ki, bu uçuş Qərb dövlətlərinin İrana tətbiq etdiyi embarqonun qaldırılmasından sonra baş tutub.

 

Müəllif | Apa.Tv
Apa.tv