Bakıda qardaş bacısını qətlə yetirdi

Bakıda qətl törədilib. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davudovanı yaşadığı evdə bıçaqlayıb. Nəticədə xəstəxanaya çatdırılan qadın orada dünyasını dəyişib.

 

Hadisəni törədən E.Davudov saxlanılıb.

 

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv