Rusiya radarlardan gizlənən raketi sınaqdan keçirdi
Rusiya növbəti raket sınağını həyata keçirib. APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, "İskəndər-M" tipli müasir raketin sınağı Həştərxan vilayətinin şimal-qərb hissəsindəki Kapustnıy Yar poliqonundan həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, radarlar raketi aşkar edə bilməyib. Buna səbəb isə raketin istehsal prosesində radarlardan gizlənmə texnologiyasından istifadə edilməsi olub.
Hədəfə gəlincə, "İskəndər-M"-in hədəfi kimi düşmənin radiusdan 200 kilometrlik məsafədə yerləşən komanda məntəqəsi müəyyən edilib.
Təyin olunan nöqtəyə uğurla yaxınlaşan "İskəndər-M" saniyələr içərisində komanda məntəqəsini darmadağın edib.