Bakıda məşhur cibgirlər tutuldu: Polis vətəndaşlara müraciət etdi
Bakıda cibgirlik edən şəxslər tutulub. APA TV-nin məlumatına görə, paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan iki nəfərdən ibarət cinayətkar dəstə Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən zərərsizləşdirilib. Keçirilən tədbir zamanı Sabunçu rayon sakinləri əvvəllər məhkum olunmuş – Zaur İsmayılov və Oktay Kərimov saxlanılıb. Saxlanılan şəxslərin paytaxt ərazisində ümumilikdə 4 nəfərin pul və qiymətli əşyalarını cibgirlik yolu ilə oğurladıqları sübuta yetirilib.
Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nin 22-ci PB-nə müraciət edə bilərlər.