Bakıda taksi sürücülərini soyan keçmiş məhkum: "Yalnız telefonları aparırdım"

 

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayəti törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

 

APA TV-nin məlumatına görə, keçirilən əməliyyat nəticəsində paytaxta fəaliyyət göstərən taksi sürücülərinə qarşı soyğunçuluq cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Laçın rayon sakini Yasin Əhmədov tutulub.

 

Saxlanılan şəxs soyğunçuluq yolu ilə 8 taksi sürücüsünun pul və qiymətli əşyalarını ələ keçirdiyini etiraf edib:

 

“Bakı şəhərində taksilərə qarşı soyğunçuluq eləmişəm. Ancaq telefonları götürür, aparıb satırdım. 100 manata, 80 manata... satmışam”.

 

Faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

      

Polis əməkdaşları saxlanılan şəxslin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nin 22-ci PB-nə müraciət edə bilərlər.

 

Müəllif | Apa.Tv