Cəbhədə ermənilərin "X-55" pilotsuz uçuş aparatı vuruldu

Cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha bir pilotsuz uçuş aparatı vurulub. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib. Müdafiə Nazirliyi məhv edilən aparatın fotolarını ictimaiyyətə təqdim edib.

 

Müəllif | Apa.Tv
Apa.tv