İsraildə terror: avtobus partladıldı, 21 yaralı var
İsrailin Qüds şəhərində partlayış baş verib, 21 nəfər yaralanıb. APA TV-nin məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu hadisənin terror aktı olduğunu bəyan edib.
Qüdsün cənub-qərbindəki Əl Xəlil şəhərinə gedən avtobusda partlayış olub. Partlayışın təsirindən ətrafdakı avtomobillər də yanmağa başlayıb.
Hadisə nəticəsində 21 İsrail vətəndaşı yaralanıb. Onlardan 2-sinin vəziyyəti ağırdır.
İlkin ehtimala görə, partlayış avtobusun arxa hissəsinə yerləşdirilmiş əldəqayırma partlayıcı vasitəsilə törədilib.
İsrailin baş naziri Binyamin Netanyahu partlayışla bağlı açıqlama verib. O, hadisənin terror aktı olduğunu bəyan edib.