İŞİD Türkiyə ərazisini raketlə vurdu, ölənlər var

Suriyada İŞİD-in nəzarətindəki bölgədən Türkiyə ərazisinə növbəti dəfə raket zərbələri endirilib. APA TV-nin məlumatna görə, Türkiyənin Kilis bölgəsinə 4 raket mərmisi düşüb.

 

İlk raket Kilis dövlət xəstəxanasının ərazisinə, ikinci mərmi isə zeyun bağçasına atılıb.

 

Bundan az sonra daha iki raket atılıb. Bu dəfə raketlər müəllimlər evinin arxasındakı ikimərtəbəli binaya və orta məktəbə düşüb.

 

Nəticədə binada yaşayan eyni ailədən üç suriyalı uşaq və raket atılarkən qoyun otaran suriyalı çoban ölüb. Daha 6 nəfər isə yaralanıb. Yaralılardan 5-i suriyalıdır.

 

Raket zərbəsindən sonra orta məktəbdəki şagirdlər təxliyə edilib. Polis ərazidə təhlükəsizlik tədbirləri görüb.

 

Raketlərin atıldığı nöqtələr radarlarla müəyyən edilib.

 

Kilis valisi Süleyman Tapsız vətəndaşalar müraciət edib:  

"Vətəndaşlarımız bundan əmin olsun ki, anında təsbit edilir və raketlərin atıldığı mövqelər Türkiyə Silahlı Qüvvələri tərəfindən məhv edilir, darmadağın olunur”.

 

Raket zərbələri nəticəsində yaralananlar bölgədəki xəstəxanalara çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. 

Müəllif | Apa.Tv
Apa.tv