Davudoğlu Avropa İttifaqına xəbərdarlıq etdi: "Razılaşmanı ləğv edərik"

"Əgər Brüssel iyun ayına qədər Türkiyə ilə mövcud viza rejimini aradan qaldırmasa, rəsmi Ankara Avropa İttifaqı ilə qeyri-leqal miqrantlar məsələləsinə dair imzalanan razılaşmanı ləğv edəcək". APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu açıqlama verib.

O deyib ki, rəsmi Ankara sözü gedən müqavilə üzrə mövcud öhdəliklərini yerinə yetirib və analoji addımı Avropa İttifaqından da gözləyir. Baş nazir bildirib ki, razılaşmaya uyğun olaraq Avropa İttifaqı sərhəd nəzarətini sadələşdirməlidir. Bununla belə, Ə. Davudoğlu ittifaq ölkələri liderlərinin də əldə olunan razılaşmaya əməl edəcəyinə əmin olduğunu bildirib. Qeyd edək ki, bir qədər öncə prezident Rəcəb Tayyib Ərdoğan da Avropa İttiffaqını razılaşmanın şərtlərinə əməl etməməkdə suçlamışdı. Öz növbəsində qarşı tərəfin Ankara ilə razılaşmanın heç bir nəticə vermədiyi halda məsələ ilə bağlı hər hansı bir şərh verməkdən hələlik imtina edir.

Müəllif | Apa.Tv
Apa.tv