Bakıdan həftənin ilk valyuta hərracı keçirilib

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

 

Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) "APA-Economics"ə verilən məlumata görə, ARDNF tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 19,9 milyon dollar məbləğində vəsait 8 banka satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv