Müqəddəs torpaqlarda səsvermə!
Prezident seçkiləri günü Səudiyyə Ərəbistanında 911 seçicinin səs verməsi üçün müvafiq şərait yaradılıb. Bu barədə APA TV-yə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. Onun sözlərinə görə, bu prosesin lazımi texniki və hüquqi tərəfi təmin olunacaq, hazırda müvafiq işlər aparılmaqdadır.
Nazirlik rəsmisi Seçki Məcəlləsinin 35.6 maddəsinə əsasən xaricdə yaşayan, təhsil alan, daimi qeydiyyatda olan vətəndaşlarımızın seçki hüququnu həyata keçirmək məqsədi ilə Azərbaycanın diplomatik nümayəndəliklərində 38 seçki məntəqəsinin yaradıldığını xatırladıb.
Seçkilərin keçirilməsi ilə bağı diplomatik nümayəndəliklərə Mərkəzi Seçki Komissiyası iləb irgə hazırlanmış müvafiq təlimatlar verilib.
Seçki Məcəlləsinə əsasən, seçki məntəqəsi həmin ölkədə 50-dən çox vətəndaş qeydiyyatda olduğu təqdirdə yaradılır.