Temperatur kəskin artacaq - SİNOPTİKLƏR XƏBƏRDARLIQ ETDİ

Bakı və Abşeron yarımadasında aprelin 20-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 21-26, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq.

  

Azərbaycanın rayonlarında aprelin 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 18-23 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 20-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 21-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.

Müəllif | Apa.Tv
Apa.tv