İrəvanda Rusiya əleyhinə aksiyalar başlayıb
İrəvanın Respublika meydanında yenidən Rusiya əleyhinə aksiyalar başlayıb. APA TV-nin erməni saytlarına istinadən xəbərinə görə, aksiya iştirakçıları əvvəlcə ölkənin Xarici İşlər Nazirliyinin qarşısına, oradan isə Rusiya səfirliyinin binasına yürüş təşkil ediblər. Onlar bu yaxınlarda Rusiyada məhkəmənin hökm oxuduğu Levan Ayrapetyanın azad olunmasını tələb ediblər.
Aksiya iştirakçıları tələblərinə məhəl qoyulmayacağı təqdirdə etirazlarını dayandırmayacaqlarını bildiriblər.
Xatırladaq ki, Levon Ayratetyan Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsorlarındandır. O, Rusiyada 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinir. Moskva şəhər Zamoskvoretsk rayon məhkəməsinin hökmü ilə L. Ayrapetyan 4 il müddətinə azadlıqdan məhrum edilib. Levon Ayrapetyan “Başneft” işi ilə əlaqədar mənimsəmə faktlarında və çirkli pulların yuyulmasında ittiham olunur.
İstintaqın məlumatına görə, Levon Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakı var. Öncə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, ötən ilin oktyabrında məhkəmə bu tədbiri ev dustaqlığı ilə əvəz edib.
L. Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəallarından biri hesab olunur.