Məktəb direktoru vəzifəsini tutmaq üçün 2260 nəfər ərizə verib

Xaricdə Təhsil Dövlət Proqramına fasilə verilməsinə səbəb, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının icrasının başa çatmasıdır. APA TV-nin məlumatına görə, nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bir illik fasilə dövründə Proqramın nəticələrini təhlil edərək, əlavə prioritetlər barədə yeni məsləhətləşmələr aparılacaq.

 

Biz növbəti illər ərzində istədiyimiz odur ki, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin daha da artırmaq üçün xaricdən professor, müəllim heyəti dəvət edək. Bu professor müəllim heyəti müxtəlif sahələr üzrə tanınmış  insanlar olacaq. Bu bir məqam, digər məqam ondan ibarətdir ki, dünya ölkələrində də bu praktika var ki, xaricdə təhsil almaq üçün göndərilən gənclər daha çox bakalavr səviyyəsində deyil magistratura və diplomdan sonrakı təhsil mərhələsindən göndərilir. Azərbaycan da bu il yox növbəti illərdə qəbul olunacaq proqramlarda məhz bu məqsədləri ehtiva edəcək.

 

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən test imtahanının nəticələri də açıqlanıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, 2260 nəfərin elektron ərizəsi artıq təsdiq olunub.

 

Elan olunmuş 597 vakant yerdən  493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb. Bu hələ son deyil. Bundan sonra müsahibə mərhələsi olacaqdır. Ən aşağı nəticə 13 baldır. Yüksək nəticə şəhər məktəblərindədir.

 

Yay aylarında müəllimlərin işə qəbulu müsabiqəsi başa çatdıqdan sonra yenidən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı müsabiqə elan edilməsi planlaşdırılır. Bakı şəhərində yerləşən məktəblərdə direktor vəzifəsini tutmaq istəyən şəxslər “Uğur sertifikatı”nı əldə etməlidir. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, “Uğur sertifikatını” əldə etmək istəyənlər Qafqaz Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetində müvafiq kursları bitirməlidirlər.

 

“Hazırda Bakı şəhəri üzrə 100 nəfər müdavim təlimlərə cəlb olunub. Təlimlər artıq bitib. Onlar hazırda təcrübə proqramlarına cəlb edilib. Yekun attestasiya mayın sonu, iyunun əvvəllərində olacaq. Bakı şəhəri üzrə təxminən 70-80 faiz müdavim “Uğur sertifikatı” əldə edə biləcək".

 

Emin Əmrullayev bildirib ki, fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə nəticələrə əsasən, 16 nəfər birinci, 33 nəfər ikinci, 54 nəfər üçüncü yeri qazanıb. 

Müəllif | Apa.Tv
Almaz Qasımova