Ermənistana məxsus pilotsuz uçuş aparatı endirilərək ələ keçirildi
Cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən düşmənə məxsus daha bir pilotsuz uçuş aparatı vurulub. APA TV-nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.