İran daha bir ballistik raketi sınaqdan keçirdi

İran növbəti dəfə ballistik raket buraxılışını həyata keçirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, raketin hansı tipdə olduğu barədə məlumat verilmir.

 

Raketin  buraxılması faktı Rusiyanın Armavir və Orsk şəhərləri yaxınlığında yerləşən radiolokasiya stansiyaları (RLS) tərəfindən qeydə alınıb.

 

Məlumata görə, raket buraxılışı Səmnan poliqonundan həyata keçirilib. Raketin uğurla sınaqdan keçirildiyi qeyd olunur.  

 

“Hazırda rusiyalı mütəxəssislər sınaqdan keçirilən raketin tipini və mümkün xüsusiyyətlərini müəyyənləşdirməyə çalışırlar”, - deyə nəşr qeyd edib. 

Müəllif | Apa.Tv
Apa.tv