Binəqədidə 16 mərtəbəli binada yanğın baş verdi

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə,  hadisə rayonun 7-ci mikrorayon, Fərman Məlikov küçəsində qeydə alınıb.


Yanğın 16 mərtəbəli  yaşayış binasının 8-ci mərtəbəsində 2 otaqlı mənzilin eyvanında başlayıb. Yanğın barədə FHN-nin Yanğından Mühafizə İdarəsinə məlumat verilib.

Hadisə yerinə iki yanğınsöndürən cəlb edilib. Alovun qarşısı qısa zamanda alınıb. Yanğın zamanı evdə heç kim olmayıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv