Xəzərdə 4,2 bal gücündə zəlzələ oldu
Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib. APA TV-nin Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 00:22 radələrində Siyəzəndən 37 km şimal-şərqdə Xəzər dənizində qeydə alınıb.
Zəlzələnin maqnitudası 4,2, dərinliyi 59 km olub. Mərkəzin yaydığı məlumata görə, zəlzələ episentrə yaxın rayonlarda hiss olunmayıb.