Neft yenidən ucuzlaşmağa başladı

Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında "Brent" markalı neftin qiyməti 44,03 dollar olsa da, sonradan qiymətlər sürətlə enməyə başlayıb. Hazırda "Brent" markalı neftin bir bareli 42,93 dollardan satılır. Qərbi Texas nefti də ilk seansda dəyər qazanıb, lakin sonrada "Brent"lə bərabər onun da qiyməti ucuzlaşıb. Hazırda WTI neftinin bareli 41,45 dollardan satılır. Ekspertlər Küveytdə neft işçilərinin keçirdiyi tətilin bazara təsirini qoruduğunu qeyd edirlər. 

Müəllif | Apa.Tv
Apa.tv