Dollar ucuzlaşdı, avro bahalaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi ucuzlaşıb.


Mərkəzi Bank ABŞ dollarının kursunu 1,5128 manat olaraq müəyyənləşdirib. Avronun qiymətində cüzi bahalaşma var. Rəsmi məzənnəyə əsasən, 1 avronun dəyəri 1,7188 manatdır. Rusiya rublu isə Azərbaycan manatına nisbətdə dəyişməz qalıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 22 manat 80 qəpik olaraq müəyyənləşdirib.

 

Qeyd edək ki, Mərkəzi Bank xarici valyutaların yeni məzənnələrini həftə içi hər gün açıqlayır. 

Müəllif | Apa.Tv
Apa.tv