Bakının yeraltı yolları - XÜSUSİ REPORTAJ

"Mən sizə məsuliyyət daşımıram. Burdan sonrakı iş sizin öz üzərinizdədir. Bir az təhlükəlidir. Baxmayaraq, təmir olunub, amma çürümə gedir. Ona görə də məsuliyyəti siz və sizin rəhbərlik daşıyır".

 

APA TV-nin çəkiliş qrupu Mərdəkan dendrarisindədir. Bu isə dendrarinin elmi işçisi Afaq Bağırlıdır. Yeraltı yollara girib çəkiliş aparmağımıza görə xəbərdarlıq eləyir bizə. Yəqin çoxları bilir ki, Mərdəkan Dendrarisi 1895-1920-ci illərdə məşhur xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Bağın ümumi sahəsi 24 hektardır. Dendraridə növ zənginliyinin artırılması istiqamətində aparılan tədqiqat işlərində bitkilərin suya olan tələbatını təmin etmək məqsədilə 50-70 metr dərinlikdə olan yeraltı su yataqlarından istifadə edilir. Sizləri bağla da tanış edəcəyik. Əsas məqsədimiz isə yeraltı yolları görmək və çəkməkdir.
 

Dendraridə inşası hansı əsrə aid olduğu bilinməyən 4 yeraltı su kəhrizi var. Kəhrizlər keçid və mağaralarla zəngindir. Quyuların diametri 8-13 metr olub, 36 metr dərinlikdədir. Bu yolların uzunluğu və hara qədər getdiyi dəqiq məlum deyil. Ö üzdən bizə təkrar edilir ki, çəkilişdən imtina edək. Amma fikrimizdə qətiyik. Bakının qədim tarixinin bir parçası olan bu yola baxmaq marağından hər şeyi gözə aldıq. İddialara görə, yolun kəsişməsindən ayrılan yolların biri Şəmsi Əsədullayevin bağına, digəri Murtuza Muxtarovun xanımı üçün tikdirdiyi evin yanına aparır. Ancaq hazırda bütün çıxışlar bağlıdır. Və yerin üstünə çıxdıq. Bir az da denderarinin içini gəzdik. Yeraltı yollar, onların tarixi çox maraqlıdır. Amma yerin üstündə olmaq və yaşamaq daha yaxşıdır. Bunu yerin altını gəzəndən sonra hiss edir insan...
 

 

Müəllif | Apa.Tv