PKK Türkiyədə yenə qan tökdü: 2 şəhid, 6 yaralı

Türkiyənin cənub-şərqində PKK terror qruplaşmasına qarşı əməliyyat zamanı 2 hərbçi həlak olub, 6 nəfər yaralanıb. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

 

“Aprelin 19-da Türkiyənin Şırnak şəhərində PKK terror qruplaşmasına qarşı əməliyyat zamanı kustar üsulla hazırlanmış partladıcı qurğunun işə salınması nəticəsində 2 hərbçi həlak olub. Daha dörd hərbçi və təhlükəsizlik xidmətinin iki əməkdaşı yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar”, - deyə məlumatda qeyd edilir.  

 

Bundan əvvəl isə, Türkiyədə sutka ərzində 16 PKK terrorçusunun öldürüldüyü bildirilmişdi.

Müəllif | Apa.Tv