Mövlud Çavuşoğlu: "Gürcüstan təcili NATO-ya üzv olmalıdır"

"Türkiyə Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləyir". APA TV-nin Gürcüstan mənbələrinə istinadən xəbərinə görə, bu açıqlama ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda çıxış edib.

Çavuşoğlu hesab edir ki, Gürcüstanın alyansa birbaşa üzv qəbul edilməsi üçün heç bir əngəl yoxdur.

Diplomat bildirib ki, Gürcüstan ittifaqda təmsil olunması üçün bütün öhdəlikləri yerinə yetirir.

"Biz bu məsələni NATO-nun bütün toplantılarında qaldırırıq. Gürcüstan alyansa üz olmalıdır. Varşava sammitində hərbi blokun genişlənməsi qərarı verilməlidir. Biz Monteneqronu məruzəçi kimi dəvət etmişik. Bu dəvət Bosniya-Herseqovina, Makedoniya və Gürcüstana da göndəriləcək.

Mən bu məsələyə may ayında NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə də toxunacağam.

Müəllif | Apa.Tv
Apa.tv