Rusiyalı ekspert: "Yüksəkliklərin itirilməsi Rusiyanın Ermənistanda mövqelərini zəiflədib"
Rusiya Azərbaycana mövcud danışıqlar formatı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməməyi, Ermənistana isə münaqişə bu ölkənin ərazisinə keçərsə, hərbi yardım göstərməyi vəd edə bilər". Bu açıqlamanı "Vesti.az" saytına Rusiyanın tanınmış siyasi şərhçilərindən Viktor Yaduxa verib.
Onun sözlərinə görə, Moskva eyni zamanda Bakını Rusiya və Türkiyə ilə münasibətlərdə balans saxlamağın daha sərfəli olduğuna inandıra bilər. Viktor Yaduxanın sözlərinə görə, Kreml İrəvana Qarabağ məsələsində Ermənistanı müdafiə etməyə açıq şəkildə söz verməyib.
"Ermənistanda antirusiya meylli qüvvələr çoxdan mövcuddur və onlar mövcud situasiyanı öz məqsədləri üçün istifadə etməyə həmişə hazırdırlar. Lakin ictimai stereotiplər və gözləntilərin olduğu da siyasətçilərin hesablaşmalı olduğu reallıqdır. Qarabağda ermənilərin yüksəklikləri itirməsi Rusiyanın Ermənistandakı mövqelərini zəiflədib. Mən eyni zamanda Qərbin də Qarabağ məsələsində İrəvana nə isə vəd etdiyini eşitməmişəm".