Hövsanda toyuq oğrusu ələ keçdi...

Suraxanı rayonu Hövsan qəsəbəsindəki Quşculuq fermasından oğurluq olub. Bu əməli törədən rayon sakini Babayev Azad Kərim oğludur. Gecə  havasını dəyişmək adı ilə evdən cıxan saxlanılan şəxs fermanın gözətçi otagında işığın yandığını görüb, ora yaxınlaşıb.

 

Daha sonra fermadakı toyuq-cücəyə gözü düşən Azad nə az nə cox 22 ədəd toyuğu torbaya yığaraq çıxıb, amma gözətçinin içkili olduğunu görüb geri qayıdıb. Ona yaxınlaşaraq, 200 manat pulunu da əlindən alıb. Baxmayaraq ki, Babayev bunu təsdiqləmir...

 

APA TV-nin xəbərinə görə, faktla bağlı cınayət işi qaldırılıb. Toyuq-cücə oğurlayan Babayevi tamahına görə indi azı 5 il azadlıqdan məhrum etmə cəzası gözləyir.

   

Müəllif | Apa.Tv