İrəvan Lavrovu etiraz aksiyaları ilə qarşılayacaq

Aprelin 21-i və 22-i Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kremlin Dağlıq Qarabağ probleminin nizamlanması üzrə planını Ermənistan hökuməti ilə müzakirə etmək üçün İrəvana səfər edəcək. APA TV-nin Ermənistan mənbələrinə istinadən xəbərinə görə, elə həmin gün aprelin 21-də, yerli vaxtla saat 18:30-da tələblərin irəli sürülməsi məqsədilə İrəvanın Azadlıq meydanından Ermənistanın Xarici İşlər Nazirliyi, eləcə də Rusiyanın bu ölkədəki səfirliyinə yürüş təşkil olunacaq. Təşkilatçıların bu məqsədlə yaydığı bəyanatda deyilir ki, 4 günlük müharibə zamanı Ermənistan lazımi dərs götürüb və buna görə də torpaq məsələsində güzəştə getməməlidir.

Müəllif | Apa.Tv
Apa.tv