Dünən təmas xəttindən meyiti götürülən şəhid hərbçimiz Sumqayıtda dəfn olundu

Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan kiçik giziri dəfn edilib.

 

APA TV-nin məlumatına görə, Baxışov Seymur Qulamhüseyn oğlu Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, S. Baxışov aprelin əvvəlində keçirilən son döyüşlərdə şəhid olub. Onun meyiti aprelin 19-da təmas xəttindən götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv