Döyüş meydanından tapılan erməni hərbçisinin meyiti təhvil verildi
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hərbi toqquşmalar zamanı həlak olmuş erməni hərbçinin meyiti bu gün qarşı tərəfə verilib. APA TV-nin məlumatına görə, Ermənistan hərbçisinin meyitinin geri qaytarılma prosesini Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələri birgə həyata keçirib.
Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçilərinin nəzarəti altında beynəlxalq təkilatlar cəbhə xəttinə təyin olunmuş vaxtdan 1 saat əvvəl gəliblər.
Təhvil prosesi Ağdamın Baş Qərvənd kəndi ərazisində baş tutub.
Xatırladaq ki, erməni hərbçi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və aprelin 11-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı tapılıb.