Xarici valyutalar neçəyədir? - RƏSMİ MƏZƏNNƏLƏR
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dəyişməz qalıb.
Mərkəzi Bank ABŞ dollarının kursunu 1,5128 manat olaraq saxlayıb. Avronun qiymətində cüzi ucuzlaşma var. Rəsmi məzənnəyə əsasən, 1 avronun dəyəri 1,7088 manatdır. Rusiya rublu isə Azərbaycan manatına nisbətdə dəyər qazanıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 23 manat 20 qəpik olaraq müəyyənləşdirib.
Qeyd edək ki, Mərkəzi Bank xarici valyutaların yeni məzənnələrini həftə içi hər gün açıqlayır.