Neftin qiyməti sürətlə bahalaşır - 46,07 dollar

Dünya bazarında neftin qiyməti sürətlə bahalaşmaqdadır. APA TV-nin məlumatına görə, səhər saatlarında "Brent" markalı neftin qiyməti 46,07 dollar təşkil edib. Bu, son beş ayda dünya birjalarında qeydə alınan ən yüksək qiymətdir. Xatırladaq ki, dünən səhər birjalarda "Brent" neftinin bareli 42.93 dollardan satılıb. Qərbi Texas neftinin qiyməti də illik maksimuma çatıb. Hərraclarda WTI nefti 44,38 dollardan satılıb ki, bu da 24 saat əvvəlki qiymətdən təxminən 2 dollar bahadır.

 

Ekspertlər neftin sürətlə bahalaşmasını Küveytdə neft hasilatının kəskin şəkildə aşağı düşməsi və ABŞ-ın neft ehtiyatlarının azalması ilə izah edirlər. 

Müəllif | Apa.Tv
Apa.tv