Dünən qarşı tərəfə meyiti qaytarılan erməni hərbçisinin zabit olduğu təsdiqləndi
Döyüş bölgəsindən meyiti aşkarlanan və qarşı tərəfə təhvil verilən erməni hərbçisinin kapitan olduğu təsdiqlənib. APA TV-nin Ermənistan saytlarına istinadən xəbərinə görə, 23 yaşlı zabitin meyitinin şəxsiyyəti qohumları tərəfindən tanınıb.
Xatırladaq ki, hərbçinin meyiti dünən beynəlxalq təşkilatların nəzarəti altında Ağdam ərazisində qarşı tərəfə qaytarılıb.