Cəbhədə təxribat törətmək istəyən erməni hərbçi məhv edildi

Ermənistan ordusunun əldə olunan atəşkəsə əməl etməməsi nəticəsində qarşı tərəfə endirilən cavab zərbələri nəticəsində daha bir düşmən hərbçisi məhv edilib.
 
APA TV-nin məlumatına görə, Ermənistan silahlı birləşmələrinin Talış kəndi istiqamətində həyata keçirmək istədiyi təxribatın qarşısı alınarkən müddətdən artıq xidmət edən, 1984-cü il təvəllüdlü Marat Danielyan öldürülüb.

Xatırladaq ki, xəbəri erməni mənbələri təsdiqləyib.

Müəllif | Apa.Tv
Apa.tv