Binəqədi rayonunda iki nəfər intihar edib

Bakıda daha iki nəfər intihar edib.

 

APA TV -nin  məlumatına görə, hər iki hadisə dünən paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayon sakinləri - 1957-ci il təvəllüdlü Səlimxan Əliyar oğlu Məmmədov və 1982-ci il təvəllüdlü Aynurə İzzət qızı Məmmədova yaşadıqları evdə özlərini asaraq intihar ediblər.

 

Hər iki faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv