Külək, yağış, qar - HAVALAR KƏSKİN DƏYİŞƏCƏK

Bir neçə gün davam edən mülayim isti hava şəraitindən sonra aprelin 22-də ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək, şimşək çaxacaq, arabir yağış yağacaq. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək.
 

Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 15 dərəcəyə qədər  isti olacaq. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. 

Havanın temperaturu Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv