Şirvanda 9 yaşlı uşaq kanalda boğulub

Şirvanda 9 yaşlı uşaq kanala düşərək boğulub. APA TV-nin yerli bürosunun məlumatına görə, aprelin 20-də axşam radələrində Şirvan sakini, 2007-ci il təvəllüdlü Əhmədov Şükür Fəxrəddin oğlu ərazidən keçən Baş Şirvan kollektoruna düşərək boğulub. Hal-hazırda uşağın meyitinin axtarışları Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə qrupu tərəfindən davam etdirilir.

 

Adı çəkilən uşaq Şirvan 11 saylı orta məktəbin 4-cü sinfində oxuyurmuş. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv