ABŞ Ali Məhkəməsi: İran 2 milyard dollar təzminat ödəməlidir - SƏBƏB

ABŞ-ın Ali Məhkəməsi İranın dondurulmuş bank hesablarından Tehranın maliyyələşdirdiyi terrorçular tərəfindən öldürülən Amerikalıların ailələrinə 2 milyard dollar təzminat ödəməli olduğu barədə qərar çıxarıb. APA TV-nin məlumatına görə, bu məbləğ 1983-cü ildə Livanın paytaxtı Beyrutda qətlə yetirilən 241 dəniz piyadasının, 19 hərbi qulluqçunun və Səudiyyə Ərəbistanın Hobar-Taures yaşayış kompleksində öldürülən şəxslərin yaxınlarına ödəniləcək.

Tehran buna etiraz bildirsə də, artıq ABŞ-da İranın sanksiya tətbiq olunan aktivlərindən qeyd olunan məbləğin ayrılmasına başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv