Gəncə vağzalında 25 yaşlı Bakı sakinini öldürən qatil özünü asdı

Gəncədə qətl törətdiyi üçün axtarışda olan şəxs intihar edib.
 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Rəşad Rzayev Göygöl rayonunun Alıməmmədli kəndində əkin sahəsində özünü asaraq intihar edib.

 

Məlumata görə, Rəşad Rzayev aprelin 13-də Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kərimov Tural Mustafa oğlunu şəhərin Dəmir Yol Vağzalı yaxınlığında bıçaqlayaraq qətlə yetirib. Rəşad Rzayev hadisəni törətdikdən sonra qaçıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv