Ermənilər yaralı hərbçilərinin sayının bir hissəsini açıqladı, onlardan biri də öldü
Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik hospitalında cəbhədə baş vermiş son döyüşlərdə yaralanmış 53 hərbçi var.
APA TV-nin erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bu barədə hospitalın rəisi Aram Asaturyan məlumat verib.
O bildirib ki, bir hərbçinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə daha ağır qiymətləndirilir.
Ermənistanın səhiyyə naziri Armen Muradyan isə yerli jurnalistlərə açıqlamasında bildirib ki, Dağlıq Qarabağda son döyüş toqquşmalarında yaralanaraq İrəvandakı “Astrik” tibb mərkəzinə yerləşdirilən erməni əsgər orada ölüb.
O bildirib ki, hazırda İrəvandakı Radiasiya xəstəlikləri və yanıq mərkəzində iki könüllü müalicə alır. Erməni nazir deyib ki, onların yanığı ciddi idi, lakin həyatlarını xilas etmək mümkün olub.