Bakı-Gəncə yolunda ağır qəza: "Jiquli" aşdı, 23 yaşlı qız öldü

Bakı-Gəncə magistralında avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından  APA TV-nin qərb bürosunun verilən xəbərə görə,  “VAZ 2107” markalı avtomobilin aşması nəticəsində sərnişin 1993-cü il təvəllüdlü Zahidi Ayşən hadisə yerində ölüb. Qəza nəticəsində xəsarət alanlar Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü  Arzu Musayev, 1996-cı il təvəllüdlü Əliyeva Ülviyyə və 1985-ci  il təvəllüdlü  Ələsgər Məmmədovdur.

 

Məlumata görə, yüksək sürətlə hərəkətdə olan "VAZ 2107” markalı avtomobil “QAZel” markalı yük maşınına arxadan dəyib, sonra isə yolun kənarına aşıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli