Damdan mənzilə girdilər, meyit tapdılar

Bakıda mənzildən meyit tapılıb. APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında adam qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə damdan enərək daxil olublar.

 

Məlum olub ki, dünyasını dəyişən şəxs 74 yaşlı Quliyev Əli Əliş oğludur. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əli Quliyevin öz əcəli ilə vəfat etdiyi bildirilir.

 

Müəllif | Apa.Tv